AZ

Eskişehirdə tragikomik hadisə: Özünü qadın kimi təqdim edən kişiyə görə silahlı insident yaşanıb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Eskişehirdə gecə klublarından birində dörd nəfər Afət adlı qadına görə münaqişəyə girib. Silahlı toqquşma baş verib və bir nəfər ölüb. Uğrunda qatil olduqları Afətin isə qadın təqlidi edən Ali Ergüven adlı bir kişi olduğu ortaya çıxıb".
Bu barədə Türkiyənin sosial şəbəkə istifadəçisi məlumat yayıb.
Paylaşım qısa müddətdə günün ən vacib mövzusu olub və yarım milyondan çox baxış toplayıb. Məsələ hüquq mühafizə orqanları əməkdaşlarının da marağına səbəb olub.
İddiadan sonra hərəkətə keçən polis ilk öncə hadisəyə dair araşdırma başladıb və bunun yalan məlumat olduğunu öyrənib.
Qeyd edilib ki, paylaşımı edən şəxsin kimliyi dəqiqləşdirilir.
Mənbə: TGRT
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
oxu.az

10Mənbələr