AZ

"Şahramanyanın avtomobilinin müsadirə edilməsi Bakıya siyasi mesajdır" - Erməni deputat

Samvel Şahramanyanın avtomobilinin müsadirə edilməsi Azərbaycana siyasi mesajdır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.

O, bununla İrəvanın Bakının tələblərini yerinə yetirdiyini bildirib: "Bu, eləcə də "Artsax" xalqına ünvanlanmış siyasi mesajdır ki, onların baş verən siyasi və ictimai proseslərdə heç bir iştirakı olmamalıdır". 

Deputat bunun Şahramanyanı susdurmaq məqsədi daşıdığını da istisna etməyib: "Hakimiyyət 44 günlük müharibənin mənşəyi və gedişatı ilə bağlı o qədər yalan danışıb ki, şübhəsiz ki, bu yalanların üzə çıxmasını istəməzlər". 

Xatırladaq ki, bu gün Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "Artsax" nümayəndəliyinin qapılarını sındıraraq Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
24
unikal.az

10Mənbələr