AZ

Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis - VAKANSİYA

STEM (Milli və xariсi siyasət, iqtisadiyyat, hüquq, sosial elmlər və təhlükəsizlik sahəsində aktual məsələləri təhlil edən müstəqil analitik mərkəz) Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş barədə məlumat:

  • Dünyada baş verən siyasi, iqtisadi proseslər barədə mütəmadi məlumatların əldə edilməsi və hesabatların yazılması
  • Beynəlxalq təşkilatlarla, qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək
  • Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda koordinasiya və əməkdaşlıq əlaqələrinin inkişafı üçün strategiyanın hazırlanması
  • Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq
  • Yerli və xarici tədbirlərdə, konfranslarda iştirak və görüşlərdə təmsilçilik
  • Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək

Namizədə tələblər:

  • Ali təhsil (politologiya, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər regionşünaslıq, şərqşünaslıq, beynəlxalq hüquq ixtisasları üzrə təhsili olanlara üstünlük veriləcəkdir)
  • 23-32 yaş
  • Dil bilikləri: rus və ingilis dillərindən birini yüksək səviyyədə bilməli
  • Planlaşdırma və idarəetmə bacarığı
  • Analitik düşünmə bacarığı
  • Problem həlletmə bacarığı
  • Operativ qərarvermə
  • Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar etmək bacarığı
  • Microsoft Office proqramlarında işləmək bacarığı

Əmək haqqı: 1800 AZN + Sistematik bonus.

Əlaqə: orkhan.aliyev@stem-lab.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
34
fins.az

10Mənbələr