AZ

SON DƏQİQƏ: Milli Məclis Prezidentə MÜRACİƏT EDİR

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib. 

Ednews  xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. 

İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında layihə əlavə edilib. Bununla da parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb. 

Müraciəti parlamentdə deputat Hikmət Babaoğlu səsləndirir.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib. 

Seçilən
84
33
ednews.net

10Mənbələr