AZ

Venesuela BRİCS-ə qoşulmaq ərəfəsində olduğunu bildirib

Venesuela BRİCS-ə qoşulmaq ərəfəsindədir və bloku öz enerji və mineral ehtiyatları ilə təmin edəcək.

Bunu respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqes Karakasda keçirilən beynəlxalq iqtisadi seminarda “Venezolana de Television” telekanalının efirində çıxışı zamanı deyib.

“Yeni dünyada Venesuela öz resursları ilə BRİCS blokuna qoşulmaq ərəfəsindədir”, – Rodriqes deyib. O, dünyanın ən böyük enerji ehtiyatlarının Venesuelada olduğunu vurğulayıb. Vitse-prezident qeyd edib ki, gündə 3 milyon barel neft hasil edilməklə, ölkənin ehtiyatları təxminən üç əsr davam edəcək və dünyanın dördüncü ən böyük təbii qaz yataqları sertifikatlaşdırma mərhələsindədir.

Bundan əlavə, ölkədə dəmir filizi, kömür, qızıl və almaz yataqları var.

“Bu, yeni beynəlxalq nizamın qurulmasının dönməz saatı gəldi və biz Venesuelanın yeni geosiyasətə necə uyğunlaşacağını görmək istəyirik”, – Rodriqes əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
21
banker.az

10Mənbələr