AZ

Benzema ilə münaqişə edən baş məşqçi qovuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əl-İttihad" argentinalı baş məşqçi Marselo Qalyardonu klubun əsas ulduzu fransalı Kərim Benzema ilə münaqişəsi səbəbindən istefaya göndərib.
Bu barədə Səudiyyə Ərəbistanı komandasının prezidenti Luay Nazir məlumat verib.
"Qalyardo Benzemanın cəzalandırılmasını tələb etməklə ciddi səhvlərə yol verdi, bu qəbuledilməzdir. Benzema klubun mühüm hissəsidir. Yeni baş məşqçi postuna iki-üç namizədimiz var", - deyə Nazir bildirib.
Qeyd edək ki, Qalyardo 2023-cü ilin noyabrında "Əl-İttihad"ın rəhbərliyinə gəlib. Komanda mövsümü beşinci yerdə başa vurub. Halbuki "Əl İttihad" ötən mövsüm Səudiyyə Ərəbistanının çempionu olub.
2022-ci ilin Qızıl topunun sahibi olan Benzema 2023-cü ilin yayında "Əl İttihad"a keçib. Səudiyyə Ərəbistanında forvard 29 matçda 13 qol vurub. O, zədə səbəbindən mövsümün sonunu buraxıb.
Mənbə: rbc.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
oxu.az

10Mənbələr