AZ

İngiltərə millisi Danimarka komandası ilə bacarmadı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

"Unikal" xəbər verir ki, C qrupunun ikinci oyununda Danimarka və İngiltərə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə ingilislərin heyətində Harri Keyn açıb. Danimarkanın heyətində isə 34-cü dəqiqədə Morten Hyulmand fərqlənib.

Qrupun ilk oyunu olan Sloveniya - Serbiya görüşü də bərabərliklə başa çatıb - 1:1.

Günə B qrupunda reallaşacaq İspaniya - İtaliya oyunu ilə yekun vurulacaq. Matç 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
12
unikal.az

10Mənbələr