AZ

Mətanət İsgəndərli və keçmiş gəlini bir arada – VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) uzun aradan sonra yenidən bir araya gəlib.

Canana sosial media hesabında oğlu Tuncayın ad günündən olan görüntüləri paylaşıb.

Videoda M.İsgəndərlinin də nəvəsinin 15 yaşının tamam olması münasibətilə təşkil olunan şənlikdə iştirak etdiyi diqqətdən yayınmayıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var./axşam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
9
medianews.az

10Mənbələr