AZ

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 21-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Tarix: 20 İyun 2024, 13:44   
Seçilən
95
49
pravda.az

10Mənbələr