AZ

Yunanıstanda meşə yanğını oldu: Yaşayış məntəqələri boşaldılıb

Yunanıstanda meşə yanğını: Yaşayış məntəqələri boşaldılıb

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə meşə yanğınları baş verib.

BiG.AZ xəbər verir ki, hadisə səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

Bu barədə Yunanıstan İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, vətəndaşların cib telefonlarına yanğınla bağlı təcili xəbərdarlıq göndərilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar insanlara ərazini tərk etmələri bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
49
big.az

10Mənbələr