AZ

Putin Şimali Koreyada imzaladığı sazişdən DANIŞDI

Rusiya Federasiyası ilə KXDR arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi xarici təcavüz zamanı qarşılıqlı yardımı nəzərdə tutur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Pxenyanda səfərdə olan Rusiya lideri deyib: "Bu gün imzalanan hərtərəfli tərəfdaşlıq sazişi tərəflərdən birinə qarşı təcavüz halında qarşılıqlı yardımı da nəzərdə tutur".

KXDR lideri Kim Çen Inla danışıqların nəticələrinə görə, Rusiya lideri söhbətin həm də hərbi yardımdan getdiyini vurğulayıb.

Putin ABŞ və digər NATO ölkələrinin Rusiya Federasiyasına hücum üçün bir sıra texnika və yüksək dəqiqlikli silah sistemlərinin tədarükü ilə bağlı bəyanatlarına da diqqət çəkib: "Bu, sadəcə bəyanat deyil, bu, artıq baş verir və bütün bunlar Qərb ölkələrinin müxtəlif beynəlxalq öhdəliklər çərçivəsində götürdüyü məhdudiyyətlərin kobud şəkildə pozulmasıdır". 

Kim Çen In öz növbəsində Rusiyanı ən vicdanlı dost və müttəfiq, Putini isə Koreya xalqının ən əziz dostu adlandırıb. Şimali Koreya lideri qeyd edib ki, Rusiya Federasiyası ilə saziş sülh və müdafiə xarakteri daşıyır.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
unikal.az

10Mənbələr