AZ

İtaliya səfiri Azərbaycan vətəndaşlarına vizaların verilməsinin sürətləndirilməsi barədə danışıb

Bakı. Trend:

Azərbaycanda İtaliyaya viza tələbi artır.

Trend xəbər verir ki, bubarədə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançeskobildirib.

Onun sözlərinə görə, bu, çox sevindirici haldır.

"Ancaq insanları çox uzun müddət gözləməyə məcbur etməkdənqətiyyən məmnun deyilik. Onu da başa düşmək lazımdır ki, birtərəfdən vizaların verilməsi qaydaları milli deyil, Avropasayağədır. Problemlərdən xəbərdarıq və bu prosesi sürətləndirməyinmümkün yollarını tapmağa çalışırıq", - o deyib.

Qeyd edək ki, Luka di Canfrançesko bu ilin mayın 20-dəİtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəniəvvəllər Klaudio Taffuri icra edib.

(Tərcümə: Gülnarə Kərimova)

Seçilən
46
3
az.trend.az

4Mənbələr