AZ

“Qorxurdum ki, qulağım qırılacaq” – Putin

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq sakinləri ilə görüşdə Yakutiyaya səfərini xatırlayıb.

SAVASH.ORG oxu.az-a istinadən xəbər verir ki, o, həmin vaxt temperaturun mənfi 50 dərəcə olduğunu deyib və qulaqlarının qırılmasından qorxduğunu etiraf edib.

“Yadımdadır, qışda gəlmişdim, mənfi 50 dərəcə idi. Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq”, – deyə olanları xatırlayıb.

Qeyd edək ki, söhbət Rusiya liderinin 2006-cı ilin əvvəlində qışda Yakutiyaya səfərindən gedir. O, hətta Milad bayramını da orada keçirmişdi. Putinin regiona səfəri zamanı orada təxminən 50 dərəcə şaxta vardı.

Seçilən
172
6
savash.org

10Mənbələr