AZ

Prezidentin köməkçisi: "Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, COP29 tədbirinə hazırlıqla əlaqədar Azərbaycanın təcrübəsində dövlət sektoru ilə bərabər vətəndaş cəmiyyəti, media və özəl sektorun nümayəndələri də iştirak edirlər: "Koordinasiya işləri bütün hökumətin fəaliyyətini əhatə etməkdədir. Azərbaycanda COP29-la bağlı bütün tərəflərin - qeyri-hökumət təşkilatları, akademik dairələr, beynəlxalq təsisatların və s. fikirləri ciddi şəkildə nəzərə alınır. COP29 prosesi çərçivəsində də onların təqdim etdiyi məsələlər əsasında konkret nəticələr hasil olunur".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
oxu.az

10Mənbələr