AZ

Hökməlidə ikimərtəbəli evdə yanğın

Abşeron rayonunun Hökməli qəsəbəsində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
48
unikal.az

10Mənbələr