AZ

Sərxoş halda qayınanasını və qaynını söydü: Həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suraxanı rayonunda qayınanasını və qaynını yüksək səslə söyən kişi saxlanılıb.
"Qafqazinfo"nun məlumatına görə, 37 yaşlı Z.Əkbərov Bülbülə qəsəbəsində yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı qonşuların və yoldan keçənlərin eşidə biləcəyi şəkildə qayınanasını və qaynını söyüb.
Əraziyə gələn polis əməkdaşları Z.Əkbərovu bölməyə aparıblar. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.
İnzibati xəta törədən şəxs məhkəmədə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib.
Hakimin qərarı ilə Z.Əkbərova 10 sutka həbs cəzası verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
oxu.az

10Mənbələr