AZ

Bu rayonlarda SU KƏSİLƏCƏK

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

Bu barədə Gundem.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Seçilən
90
31
gundem.az

10Mənbələr