AZ

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ağdamda

Ağdam, 17 iyun, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri müxtəlif markalı 10 tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
65
23
azertag.az

10Mənbələr