AZ

Sabirabadda qəza: Xəsarət alanlar var

Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, "Mersedes-Benz" markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Kamran Rüstəm oğlu Ağayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
21
korrespondent.az

10Mənbələr