AZ

Sabirabadda "Mercedes" qəza törətdi

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


(report)

Seçilən
36
21
avtosfer.az

10Mənbələr