AZ

Ukrayna Rusiyaya sülh planı təqdim etməyə hazırlaşır

Ukrayna Rusiya ilə münaqişənin həllində ərazi güzəştlərinə razı olmayacaq, lakin İsveçrədəki sülh sammitindən sonra Moskvaya münaqişənin həlli planını təqdim etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Aparat rəhbəri Andrey Yermak deyib.

“Müstəqilliklə, suverenlik və ərazi bütövlüyü ilə bağlı heç bir kompromis yoxdur. Lakin biz sülh planı və bu prosedurla bağlı baxışımızı çox aydın şəkildə ortaya qoymuşuq”, - deyə Yermak “Kanal 24”ə bildirib.

O qeyd edib ki, İsveçrə konfransında sülh planının prinsipləri müzakirə olunub, bundan sonra onu Rusiyaya təqdim etmək üçün fürsət axtaracaqlar.

Yermak Rusiyanın iştirakı ilə ikinci analoji sammitdə münaqişənin sülh yolu ilə həllinə dair danışıqların aparıla biləcəyini istisna etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
modern.az

10Mənbələr