AZ

Qərbi Azərbaycan Xronikası: Cəlil Məmmədquluzadənin dərs dediyi Uluxanlı məktəbinə nə oldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsinin növbəti verilişi efirə gedib.
Süjetdə 1881-ci ildə İrəvan mahalında yaradılan Uluxanlı məktəbi barədə məlumat verilib. Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilib. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə də 1887-ci ildə müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlayıb.
1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyətini dayandırıb. 1940-cı illərdə isə məktəb üçün ikimərtəbəli yeni bina inşa edilib. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra Uluxanlı məktəbinin fəaliyyəti birdəfəlik dayandırılıb. Hazırda Salyan rayonunda Uluxanlı sakinlərinin sıx yaşadığı bir kəndə Yeni Uluxanlı adı verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
27
oxu.az

10Mənbələr