İsveçrə Ukraynadakı münaqişənin həlli üçün yeni görüşlər təşkil etməyə hazırdır. Bunu Bürgenstokda keçirilən forumun bağlanışından sonra keçirilən mətbuat konfransında konfederasiyanın prezidenti Viola Amherd deyib: “Biz müzakirələrdə iştirak etməyə davam edəcəyik, təbii ki, əgər olarsa, İsveçrədə də görüşlər təşkil etməyə hazırıq".Xarici işlər naziri İqnasio Kassis ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Ukrayna ilə bağlı yeni beynəlxalq görüşün keçiriləcəyini istisna etməyib. “Bu, Ukraynanın, təşkilatçıların və böyük ölkələrin iradəsindən asılıdır” - deyə, o qeyd edib. Eyni zamanda, nazir belə bir görüşün harada keçirilə biləcəyi ilə bağlı heç bir fərziyyə irəli sürməyib.ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Kassis xatırladıb ki, Ukraynadakı vəziyyətlə bağlı indi 6-7 sülh formulu var. Çin və Braziliyanın bununla bağlı təkliflərinə toxunan XİN rəhbəri qeyd edib: “Əlbəttə, onların nə etdikləri bizi maraqlandırır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta