AZ

Niderland millisi Polşaya qalib gəldi

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.



Komanda.az xəbər verir ki, turnirin 3-cü günü üçün nəzərdə tutulan 3 matçdan biri başa çatıb.



D qrupunda Polşa Niderlandla qarşılaşıb. Oyunda hesabı Polşa açsa da, Niderland millisi 2 qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.



C qrupunda saat 20:00-da Sloveniya Danimarka ilə, saat 23:00-da Serbiya İngiltərə ilə üz-üzə gələcək.



Avro-2024, qrup mərhələsi, 1-ci tur



D qrupu



Polşa – Niderland 1:2



Qollar: Buksa, 16 (1:0), Qakpo, 29 (1:1), Veqhorst, 83 (1:2)



Baş hakim: Artur Dias (Portuqaliya)



“Colksparkstadion” 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024

Seçilən
76
4
komanda.az

9Mənbələr