AZ

Bakıda və rayonlarda gözlənilən hava şəraiti

Bakıda

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən ulusum.az-a verilən xəbərə əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutulacağı, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.Temperatur gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.

Diqqət Çəkənlər

Qanunsuz heyvan kəsiminin qarşısı alınıb - VİDEO - FOTO

Salyanda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Pirsaat çayında daşqın olub - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
49
ulusum.az

10Mənbələr