Bakı, 16 iyun, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən polislər, onları təbrik ediblər.