AZ

Mingəçevirdə güclü partlayış: Xəsarət alanların son vəziyyəti açıqlandı

Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.


Pravda.az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15 iyun tarixində saat 20:20-də 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.


Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

Tarix: 16 İyun 2024, 11:41   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
14
pravda.az

10Mənbələr