AZ

Messisiz "İnter Mayami" doqquz oyunçu ilə qələbə qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



MLS-in növbəti turunda "Filadelfiya Yunion" "İnter Mayami"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, Çesterdə "Subaru Park" stadionunda baş tutan görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "İnter Mayami" qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində, doqquz futbolçu ilə oynayarkən vurub. Belə ki, 69-cu dəqiqədə qonaqların heyətində David Ruiz, 84-cü dəqiqədə isə Tomas Aviles meydandan qovulub.
Bu görüşdə hücumçular Lionel Messi və Luis Suares iştirak etməyiblər.
Seçilən
81
38
oxu.az

10Mənbələr