AZ

Bu türk ölkəsi Almaniyaya 1 milyon ton neft göndərir

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.

Bildirilir ki, iyun ayının 14-də "KazMunayGaz"ın idarə heyətinin sədri Asxat Xasenov Astanada "Karachaganak Petroleum Operating B.V." şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.

Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda "Karachaganak" yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.

Qeyd olunub ki, 2023-cü ildə "Karachaganak" yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə "KazTransOil" və "Transneft" nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
9
milli.az

10Mənbələr