AZ

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Şahdağ, 15 iyun, Leyla Muradzadə, AZƏRTAC

Ötən ilin 5 ayı ilə müqayisədə bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Turistlər ölkəmizə ən çox Rusiya, Türkiyə və Hindistandan gəlir. İlin əvvəlindən ölkəmiz Hindistandan 90 mindən çox turist qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov “Şahdağ” turizm mərkəzinin yay mövsümünə hazırlıqla bağlı mətbuat konfransında deyib.

“2023-cü ildə gəlmə turizmindən əldə olunan gəlirlərin 2022-ci illə müqayisədə 82 faiz artımı müşahidə olunur. 2019-cü illə müqayisədə 2023-cü ildə ümumi turizm gəlirləri 9 faiz artıb. 2023-cü ildə qeyri-neft-qaz sahəsi üzrə turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 3,5 faiz təşkil edib”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
8
azertag.az

10Mənbələr