AZ

Balaxanıda yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.

Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.

Seçilən
74
3
avtosfer.az

10Mənbələr