AZ

Bakıda 18 yaşlı oğlan həmyaşıdını QƏTLƏ YETİRDİ

Bakıda 18 yaşlı gənc qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

Seçilən
136
3
bizim.media

10Mənbələr