AZ

"Huawei" şirkəti ABŞ sanksiyalarını ətlə "yarmağın" yolunu tapdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin texnoloji nəhəngi "Huawei" öz vətənində ən böyük mal əti idxalçısı oldu.
Bu barədə "Tom"s Hardware" portalı xəbər verir.
Ehtimal edilir ki, ərzaq məhsullarının idxalına yönəlmə birbaşa olaraq "Huawei"in beynəlxalq arenada imkanlarını məhdudlaşdıran ABŞ sanksiyalarının nəticəsidir. Öz biznesini dəstəkləmək üçün alternativ yollar axtaran şirkət ixrac olunan telekommunikasiya avadanlıqlarının ödənişi kimi məhsulları qəbul etməyə başlayıb.
Bu məhsulların daxili bazarda satışı üçün ixtisaslaşmış "Mossel" brendi yaradılıb, həmçinin Çili qızılbalığı, Yeni Zelandiyadan treskası, krevet kimi məhsulları almağı mümkün edən onlayn mağaza işə salınıb.
Natural ödənişin seçilməsi həmçinin bəzi ölkələrdəki iqtisadi qeyri-sabitliklə də əlaqədardır. Məsələn, Argentinada artan inflyasiya səbəbindən "Huawei" öz gəlirlərinin sabitliyini yerli valyuta ilə deyil, əmtəə ekvivalenti ilə təmin etməyə qərar verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
15
oxu.az

10Mənbələr