Sabunçuda 18 yaşlı şəxs öldürülüb
Sabunçu rayonunda 18 yaşlı gənc öldürülüb.
Reyting.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.