AZ

Ermənistanda "Daşnaksütyun"un ofislərində axtarışlar aparıldı: Saxlanılanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda "Daşnaksütyun" partiyasının müxtəlif ofislərində axtarışlar aparılıb.
Bu barədə "Hayastan" partiyasından olan deputat Lilit Qalstyan sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, həmçinin "Daşnaksütyun" rəhbərliyinin Vayots Dzordakı nümayəndələri də saxlanılıb.
Qalstyan baş verənləri partiyaların fəaliyyəti ilə bağlı konstitusiya qanununun kobud şəkildə pozulması, həmçinin hakimiyyət tərəfindən siyasi qüvvəyə mütəşəkkil hücum adlandırıb.
"Daşnaksütyun" partiyası da məsələ ilə bağlı bəyanat verib.
"Hökumətin nəzarətində olan media və hüquq-mühafizə orqanları növbəti dəfə partiyanın rəhbər orqanının üzvlərinin ümumxalq üsyanında iştirakına görə insanları maddi cəhətdən mükafatlandırdığı mövzusunda tamaşa göstərməyə çalışırlar. Bu ittiham tamamilə yalandır və bunu edənlərin dəyərlər sistemini nümayiş etdirir", - deyə partiyanın bəyanatında bildirilib.
Mənbə: Erməni KİV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
oxu.az

10Mənbələr