AZ

Rusiyanın məşhur musiqi qruplarının üzvünü Türkiyədə səkkiz il həbs gözləyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın məşhur rok qrupları "Bi-2" və "Tarakanı!"nın keçmiş texniki Vova Taras Türkiyə həbsxanasında təxminən səkkiz il keçirə biləcəyini açıqlayıb.
Bu barədə o, özünün "Instagram" hesabında xəbər verib.
Tarasın sözlərinə görə, buna səbəb başqasının evində yatması olub.
"Sözün həqiqi mənasında səhv qapıdan girdim. Dostumun deyil, başqasının evində olduğumu başa düşməmişəm. Ev sahiblərini səslədim, cavab gəlmədiyini görüb, sadəcə, divanda yuxuya getdim", - deyə o, başına gələnləri açıqlayıb.
Texnikin sözlərinə görə, bu əhvalat 2023-cü ilin avqust ayında baş verib. O, dostunun ad günündə həddindən artıq içib və "arvadının ona çox hirslənməməsi" üçün dostunun evində gecələməyə qərar verib. Lakin evləri səhv salıb və oyananda artıq ev sahiblərini polis əməkdaşları ilə birlikdə görüb. Məlum olub ki, Taras yatarkən ev sahibləri polisə zəng ediblər. Onlar, həmçinin, Tarası qızıl oğurlamaqda ittiham ediblər.
"Məhkəmə araşdırması artıq bir ilə yaxındır, davam edir. İlk gündən Türkiyədən çıxışıma qadağa qoyulub. İşimi itirdim, çünki işim konsertlər və səfərlərlə bağlı idi", - deyə texnik vurğulayıb.
Taras qızıl oğurlamadığına and içib və əlavə edib ki, polis də qızılın saxlanıldığı yerdə onun barmaq izlərini və oğurluq əlamətlərini tapmayıb.
"Bir neçə dinləmədən sonra Fethiyedəki hakim hökm çıxardı: təxminən səkkiz il Türkiyə həbsxanası", - deyə Vova bildirib.
Hazırda rusiyalı azadlıqdadır, çünki İzmir Ali Məhkəməsinə apellyasiya şikayəti verib. Onun vəkili hesab edir ki, başqa qərar çıxarılmasına şans yoxdur, çünki hakimlər, çətin ki, məsələnin mahiyyətinə varalar.
Taras bahalı vəkil tutmaq üçün vəsait toplamağa başlayıb.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
46
oxu.az

10Mənbələr