AZ

Rusiyanın xarici ticarətində rubl və dost ölkə valyutalarının payı 80 faizə çatıb

Rusiyanın xarici ticarətində rubl və dost ölkə valyutalarının payı 80 faizə çatıb

Marja.az Rusiya Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar olaraq Moskva Birjasında dollar və avro ilə əməliyyatların dayandırılması ilə bağlı qiymətləndirmələrə yer verilib.

Açıqlamada, Moskva Birjasına tətbiq edilən sanksiyaların yalnız daxili valyuta bazarında əməliyyatların strukturunu dəyişdirdiyi, ixracdan gələn valyuta daxilolmalarına və idxal ödənişlərinə təsir etməyəcəyinə diqqət çəkilib.

Açıqlamada artıq rəsmi valyuta məzənnələrinin birjadankənar bazardan əldə edilən məlumatlarla müəyyən ediləcəyi qeyd edilib və vətəndaşların və şirkətlərin banklardan dollar və avro almasına heç bir məhdudiyyətin olmadığı bildirilib.

Rusiya bazarında dollar və avronun payının son illərdə əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən açıqlamada, “Bu, ticarətin Şərqə yönləndirilməsi və ödənişlərin rubl, yuan və digər valyutalara dəyişməsinin nəticəsidir. Bu valyutalar hazırda xarici ticarət ödənişlərinin təxminən 80 faizini təşkil edir.",- deyilir.

Açıqlamada, Moskva birjasında yuanın payının 54% olduğu və valyuta əməliyyatlarında ən çox istifadə edilən valyuta olduğu vurğulanıb.

ABŞ Maliyyə Nazirliyi Moskva Birjasını sanksiyalar siyahısına daxil edib və qərardan sonra Moskva Birjasında dollar və avro ilə əməliyyatlar dayandırılıb.

Rusiya rəsmiləri ABŞ-ın tətbiq etdiyi bütün sanksiyaların qeyri-qanuni olduğunu bəyan edirlər.

Seçilən
30
1
marja.az

2Mənbələr