AZ

Eşq həyatınızla bağlı məsələlər sizi yoracaq – BÜRCLƏR

Astroloqlar 14 iyun 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

KONKRET.az həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün iş həyatınızda olan qadınlarla aranızda gərginlik yarana bilər. Özünüzü yorğun hiss edə bilərsiniz. Qısa səfərlər zamanı baş verə biləcək qəzalara qarşı diqqətli olmalısınız. Kommersiya fəaliyyətləriniz üçün uyğun vaxt olmaya bilər.

Buğa:
Partnyorunuz və dostlarınız arasında yaranan gərginlik və ya dialoqlara görə özünüzü narahat hiss edə bilərsiniz. İnvestisiyalarınız və maliyyə resurslarınızla bağlı itkilərlə üzləşə bilərsiniz.

Əkizlər:
Bu gün eviniz və ya ailənizlə bağlı məsələlərdə gərgin hiss edə bilərsiniz. Günün sonunda sizi məyus edəcək məsələlər ortaya çıxa bilər.

Xərçəng:
Qısa səfərlər və qohumların ziyarəti gündəminizdə olacaq. Səyahətlər zamanı çox sıxıla bilərsiniz. Seçdiyiniz səyahət vaxtlarına diqqət yetirmək vacib olacaq. Ailənizlə aranızda ünsiyyət problemləri yarana bilər.

Şir:
Planlaşdırdığınız xərclərlə yanaşı başqa xərcləriniz də ola bilər. Dostlarınız və ətrafınızdakı insanlarla aranızda mübahisələr yarana bilər.

Qız:  
Bu gün işinizin qiymətləndirilməyini və başqalarının sizinlə maraqlanmasını istəyə bilərsiniz. Özünüzü zəif hiss edə və görməli olduğunuz işə yönəlməkdə çətinlik çəkə bilərsiniz.

Tərəzi:
Sağlamlıq və xəstəxana məsələlər bu gün gündəminizdə ola bilər. Övladlarınızla bağlı məsələlərdə sizi sevindirəcək xəbərlər ala bilərsiniz. Eşq həyatınızla bağlı gözlənilməz hadisələr baş verə bilər.

Əqrəb: 
Bu gün dostlarınızla görüşmək və uzun müddətdir həll etmək istədiyiniz məsələləri müzakirə etmək istəyə bilərsiniz. Uşaqlarla bağlı sizə problem yaradacaq məsələlər gündəminizdə olacaq.

Oxatan:
İş həyatınızla bağlı mühüm fürsətlərlə qarşılaşa bilərsiniz. Partnyorlarınızla işinizi inkişaf etdirmək üçün hərəkətə keçə bilərsiniz. Həyat yoldaşınızın işi ilə bağlı məsələlər gündəminizdə ola bilər.

Oğlaq: 
Bu gün səyahət hazırlığı edə bilərsiniz. Səhhətinizlə bağlı problemlər səyahətə çıxmağınıza mane ola bilər. Bu səbəbdən də, bəzi planlarınızı ləğv etməli olacaqsınız. Uşaqlar və sevgi həyatınızla bağlı gözlənilməz hadisələr yarana bilər.

Dolça:
Emosional olaraq sizə çətin olan məsələlərlə mübarizə aparmalı ola bilərsiniz. İçinizdə saxladığınız bir çox duyğuların ortaya çıxdığı gün olacaq. Eşq həyatınız və ya uşaqlarınızla bağlı məsələlər sizi yoracaq.

Balıqlar:
Bu gün həyat yoldaşınız və tərəfdaşlarınızla bağlı məsələlər gündəminizdə olacaq. Ailədaxili dialoqlarda gərginlik yarana bilər. Etdiyiniz və ya edəcəyiniz çıxışlar zamanı tənqid olunduğunuzu düşünə bilərsiniz.//Unikal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
konkret.az

10Mənbələr