AZ

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Neft-qaz

Bakı, 14 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2468,4 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvarda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz artıb.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 2213 milyon manat səviyyəsində olub.

Seçilən
89
8
azertag.az

10Mənbələr