AZ

Sürücülərin NƏZƏRİNƏ: bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Day.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur

Seçilən
108
49
day.az

10Mənbələr