AZ

Röya: “Abbasın bu hərəkətindən sonra onunla 3 ay danışmadım” – VİDEO 

Xalq artisti Röya Ayxan həmkarı, yaxın dostu Əməkdar artist Abbas Bağırov tərəfindən aldadıldığını və bu səbəbdən küsərək onunla 3 ay danışmadığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb. 

Röya Abbasla aralarında baş verən həmin hadisəni belə nəql edib: 

“İllər əvvəl konsert verirdim. Hardasa 60-70 min manatım çatışmırdı. Gecə ilə bu məbləği ödəməli idim. O zaman mənim hardasa bir aya yaxın olaraq aldığım “Lexus” markalı avtomobilim vardı. Abbasa zəng vurub söylədim ki, sənə “Lexus” avtomobilimi satmaq istəyirəm.

Sən də maşın almaq istəyirdin. Bu isə yeni maşındır. Başqasına satmaqdansa sənə satmaq istəyirəm. Abbas “baş üstə” dedi. Pulunu verib, maşını məndən aldı. Konserti verdim. Aprelin biri Abbas mənə zəng edib dedi ki, Röya, mən pis qəza keçirmişəm. Bilsəydim o avtomobili səndən almazdım. Yəgin sənin nəfsin qalıb. Sən o maşını mənə borcuna görə satdın və belə bir hadisə mənim başıma gəldi. Abbasın bu sözlərini eşidəndən sonra sanki məni götürüb yerə çırpdılar.

Onun bu sözləri mənə çox pis təsir etdi və mən hönkürtü ilə ağlamağa başladım. Mən elə bir insanam ki, əgər bir mal məndən gedirsə, heç zaman onun həsrətini və peşmanlığını çəkmirəm.
Mənim belə bir xasiyyətim yoxdur. Ona məsələni izah etməyə çalışdım və dedim ki, prodüserim Kənan gəlsin avtomobili səndən götürsün. Nə zaman da pulun olar, qaytararsan. 15 dəqiqə sonra Abbas mənə geri zəng edib dedi ki, bu, bir aprel zarafatıdır. Bundan sonra Abbasla 3 ay danışmadım. Ona söylədim ki, sənin bu sözlərindən sonra o qədər stress keçirdim ki...” 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
bizim.media

10Mənbələr