AZ

NATO ölkələri 2022-dən bəri Ukraynaya nə qədər silah tədarük edib? - Lloyd Ostin

NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük edib. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

O, Ukraynaya hərbi yardımın həcminin yalnız artacağına ümid etdiyini bildirib.

 "Biz artıq 2022-ci ildən Ukraynaya 98 milyard dollarlıq hərbi təchizat təqdim etmişik”, - Lloyd Ostin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasının açılışında deyib.

NATO-nun baş katibi Yens Stoltenberq iclas başlamazdan əvvəl bildirib ki, alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərləri toplantıda Rusiyanın NATO ölkələrində "təxribat fəaliyyətləri” də daxil olmaqla, mübarizə aparmaq üçün yeni tədbirləri müzakirə edəcəklər.

Bundan baqşa, Ostin Argentinanın Ukrayna üzrə təmas qrupunun yeni üzvü olduğunu bildirib. Təmas qrupunda 50-dən çox ölkə, o cümlədən bütün NATO üzvləri və Aİ dövlətlərinin əksəriyyəti iştirak edir.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
43
qaynarinfo.az

10Mənbələr