AZ

Yay vaxtı aktiv istirahət: Aqroturizmlə bağlı hansı planlar var?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Həm turistlərin, həm də aqroturizm təsərrüfatlarının özünün sığortası ilə bağlı müəyyən suallar var. Təsərrüfata gələn turist həmin vaxt zərər görə bilər. Aqroturizm səyahətləri yay fəslinə təsadüf edir. İlan sancması, günvurma, texnikanın hərəkətə gəlməsi kimi hallar baş verə bilər. Turist də bundan zərər görə bilər. Buna görə də turistin sığortalanması layihəsi üzərində işləyirik".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Aqroturizm Assosiasiyasının sədri Elçin Əkbərov deyib.
Sədr qeyd edib ki, sığorta şirkətlərindən hansısa biri bu layihə ilə bağlı təklif verməyib:
"Hazırda belə bir sığorta məhsulu yoxdur. Ancaq biz nəzərə alırıq ki, eyni zamanda, turist aqroturizm təsərrüfatına ziyan vura bilər. Təsərrüfatların sığortalanması, həmçinin əməyin təhlükəsizliyi məsələsi üzərində çalışırıq. Məqsəd budur ki, orada çalışan əməkdaşların da əməyinin təhlükəsizliyi qorunsun".
E.Ələkbərovun sözlərinə görə, assosiasiyanın əsas hədəflərindən biri aqroturizm sahəsi üzrə dünya təcrübəsinə əsaslanaraq standartları formalaşdırmaqdır:
"Bu standartlar dövlət səviyyəsində təsdiq olunmalı, daha sonra aqroturizm təsərrüfatları bu standartlara uyğunlaşmalıdır. Məqsəd standartların mümkün qədər yüksəldilməsidir.
Hazırda üzvlərin bilik və bacarıqlarının artırılması layihələr üzərində çalışırıq. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müəyyən tədbirlər həyata keçirmək istəyirik. Bundan başqa, aqroturizmdə fəaliyyət göstərən sahibkarlar və potensialı olan şəxslərin Azərbaycana yaxın, yəni aqroturizmi yaxşı inkişaf etmiş ölkələrə səfərinin təşkil edilməsini istəyirik. Bu, maliyyə mənbələri hesabına olmalıdır. Müəyyən qurumlar qarşılaya bilərlər. Müəyyən büdcə tələb edir".
Assosiasiya rəhbəri vurğulayıb ki, onlar uşaq və gəncləri aqroturizm istiqamətində maarifləndirməkdə maraqlıdırlar:
"İstərdik ki, məktəb və universitetlərdə aqroturizm barəsində məlumat verək. Aqroturizmi hərəkata çevirməliyik. Çünki burada həm turist, həm də təsərrüfat sahibləri qazanırlar. Faydalı tərəfləri çoxdur. Məsələn, təsərrüfat sahibi məhsulunu topdan qiymətə satmalıdır, turistlərə isə pərakəndə qiymətə satır. Məhsul topladığına görə turistə pul vermir. Turistlər də daha ucuz qiymətə uzunmüddətli istirahət edir, aktiv fəaliyyət göstərirlər.
Təsərrüfatda olanlar qida məhsullarının necə əziyyətlə başa gəldiyinin şahidi olur,əllərində olan məhsulların qədrini bilirlər. Ətraf mühitə daha həssas yanaşmağa başlayırlar".
Xatırladaq ki, Azərbaycan Aqroturizm Assosiasiyası ötən ilin iyun ayında yaradılıb. Qurumun yaradılması üçün görüşdə Dövlət Turizm Agentliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosunun, "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. Görüşdə assosiasiyanın doqquz nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədri seçilib.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
oxu.az

10Mənbələr