AZ

Macarıstanın Ukraynaya yardım etməmək qərarına NATO Baş katibindən REAKSİYA

Macarıstan NATO-nun Ukraynaya yardım proqramlarına qatılmayacaq. Bu qərardan sonra alyansın digər ölkələrinin də tədarükdən imtina etməyə başlayacağı istiqamətində narahatlıqlar yaranıb. 

 

Sfera.az bildirir ki, NATO-nun Baş katibi Yens Stoltenberq buna reaksiya verib. O, heç bir narahatlığın olmadığını deyib.

 

“Bizim Ukraynaya silah tədarük etməyimizlə bağlı razılaşmamız var və bu, uzun illərdir, xüsusən də Rusiya işğalı başlayandan bəri mövcuddur.  Macarıstan əvvəldən deyirdi ki, köklü yardım göstərmir. Lakin bütün digər NATO ölkələri bunu ikitərəfli qaydada və ya ABŞ-nin rəhbərlik etdiyi təmas qrupu vasitəsilə edir”, - Stoltenberq bildirib.

 

Qeyd edək ki, NATO liderlərinin iyulda keçiriləcək sammitində Ukraynaya əlavə dəstək barədə qərarın qəbul ediləcəyi gözlənilir. Macarıstanın Baş naziri Viktor Orban dəfələrlə bu təşəbbüsləri yanlış hesab etdiyini bildirib.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
sfera.az

10Mənbələr