AZ

İsa Məsihin uşaqlığından bəhs edən qədim əlyazma deşifrə edildi

Alman tədqiqatçıları İsa Məsihin uşaqlığını təfərrüatlandıran ən qədim əlyazmanı deşifrə ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, papirus əlyazmasının 1600 ildən çox yaşı var və 4-5-ci əsrlərə aiddir. Bu sənəd Almaniyanın Hamburq şəhər kitabxanasında saxlanılır, lakin heç kim bunun heç bir əhəmiyyət kəsb edəcəyinə inanmır.

Əlyazmanı deşifrə edən tədqiqatçılardan biri, professor Layos Berkes bildirib ki, əlyazma Əhdi-Cədiddə yer almayan apokrifik kitab olan Tomasın İncilinin bir hissəsidir.

İncillər İsanın missiyasından əvvəl uşaqlıqdakı həyatından bəhs edir. Əlyazmada cəmi bir neçə söz anlaşılıb. Bəzi hekayələr müəyyən edilə bilib.

“İsa axan çayın yanında oynayır və palçıqdan tapdığı yumşaq gildən on iki sərçə düzəldir. Atası Yusif onu tənbeh edir, nə üçün müqəddəs şənbə günü belə şeylər etdiyini soruşur. Beş yaşlı İsa əl çalıb gil heykəlcikləri canlandırır”,  – professor deşifrə olunmuş əlyazmanın bir hissəsini danışır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
24
konkret.az

10Mənbələr