AZ

“Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq”. – Stoltenberq

“Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq”.

KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında belə deyib.

Stoltenberqin sözlərinə görə, Kiyevə silah tədarükü məcburi olduqda, NATO-ya üzv ölkələr komandanlıq strukturundan və ümumi maliyyələşdirmədən istifadə etməyə başlayacaqlar:

“ABŞ-ın Ukraynaya əlavə yardım barədə razılığa gəlmək üçün altı ay sərf etdiyini gördük,. Həmçinin NATO ölkələrinin heç də hamısının silah vermədiyinin şahidi olduq. Əgər biz bunu könüllüdən öhdəliyə çevirsək, təbii ki, tədarük daha böyük və etibarlı olacaq”, – deyə Stoltenberq əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
43
konkret.az

10Mənbələr