AZ

Növbəti iki gündə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

İyunun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ekologiya.az-a verilən xəbərə görə, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Qeyd edək ki, iyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
38
ekologiya.az

10Mənbələr