AZ

Türkiyənin 5 vilayətində meşə yanğını

Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmirdə meşə yanğını baş verib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İstanbul və Muğlada yanğın nəzarət altına alınarkən, Çanaqqala, Sinop və Muğlada yanğınlara qrupların müdaxiləsi davam edir.

Çanaqqalanın Eceabat rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Kumköy kəndi yaxınlığında naməlum səbəbdən meşə yanğını baş verib.

Xəbərdarlıq üzərinə Çanaqqala Meşə Regional Müdirliyi tərəfindən bölgəyə hava və quru nəqliyyat vasitələri göndərilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar yanğını söndürmək üçün işlərini davam etdirir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
27
qaziler.az

10Mənbələr