AZ

2000 illik papirusda ilk dəfə İsa Məsihin uşaqlığı haqqında məlumat oxunub

Almaniyanın “Zeitschrift für Papyrologie und Epigraphik” jurnalı maraqlı məlumat yayıb.

Nəşr yazıb ki, Hamburqdakı Karl fon Ossietzki adına Dövlət Universitetinin Kitabxanasında saxlanılan qədim papirusun səhifələrində alimlər gözlənilməz təsvir aşkarlayıblar. Bu, İsa Məsihin uşaqlığı haqqında məlumat olub.

Jurnal qeyd edir ki, qədim papirusdakı mətni oxumaq çətin olduğundan, o, tədqiqatçıların diqqətini cəlb etmədən uzun illər anbarda qalıb. Yalnız Berlin Universitetinin Xristianlıq və Antiklik İnstitutundan Dr. Lajos Berkes Belçikanın "Liege" Universitetinin professoru Gabriel Nokki Masedo ilə birlikdə yazılanları deşifrə etmək fikrini ortaya atıb.

Onlar həmçinin əlyazmanın dördüncü və ya beşinci əsrlərə aid olduğunu müəyyən edə biliblər. Həmçinin müəyyən ediblər ki, bu, İsanın həyatı haqqında bizə məlum olan ən erkən nüsxədir.

Yazıda İsanın həyatı haqqında əlavə məlumatlar olub və o, ikinci əsrdə yazılmış orijinal mətnin ilk nüsxəsi imiş. Papirusun ölçüsü 11x5 santimetrdir və hər birində 10 hərfdən ibarət 13 sətirlik yunan mətni var. Berkes və Masedo yazıları bir çox digər şifrələnmiş papiruslarla müqayisə ediblər və anlayıblar ki, "bu hansısa gündəlik sənəd ola bilməz".

Mətn İsanın artıq uşaq ikən sərçələri necə canlandıraraq möcüzələr göstərdiyini təsvir edir. O, palçıqdan on iki sərçə düzəldib ki, atası Yusif oğlunu şənbə günü, hər cür işin qadağan olunduğu deyib və belə gündə sərçə hazırladığına görə qınayıb. Cavabında İsa əllərini çırpan kimi gil quşlar canlanaraq uçub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
24
news365.az

10Mənbələr