AZ

Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

"Operativ Media" xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli saxlanılıb. Onun əlindəki polietilen torbadan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.

T.Nəsirli narkotik vasitəni İran vətəndaşı "Mahmud" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
operativmedia.az

10Mənbələr